ŞƏMS ƏRƏB

Günəş.

Şəms-qəmər (günəş və ay). Şərq ədəbiyyatında gözəlin camalına bənzətmə kimi işlənir.

Bir bədən gördüm bu gün əl-ayağı yeddidi,

Qırx səkkiz qanadı var, şəmsi çırağı yeddidi.

                                              (“Şəmşir və Sənubər”)

                                      *

Bu necə əndazdı, gəlin,

Baxışın şahbazdı, gəlin.

Doğmusan şəmsü qəmər,

Gül dildarın yazdı, gəlin.

                       (“Şah İsmayıl”)

ŞƏMAYİL
ŞƏMS-QƏMƏR
OBASTAN VİKİ
Hicri-şəms
Hicri-şəmsi təqvimi (fars. تقویم هجری شمسی؛ سالنمای هجری خورشیدی‎) — İranda və Əfqanıstanda rəsmi təqvim olaraq istifadə edilən astronomik günəş təqvimi. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanmışdır və müasir dövrə qədər bir neçə dəfə üzərində dəqiqləşdirilmə aparılmışdır. Təqvimdə tarix hicrətdən (Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsi) hesablanır, amma klassik islam təqvimi olan hicri-qəməri təqvimindən fərqli olaraq İran təqvimi günəş (tropik) ilinə əsaslanır. Ona görə də onun ayları ilin həmişə eyni zamanlarına dəng gəlir. İlin başlanğıcı yaz gecə-gündüz bərabərliyi günü hesab olunur (Novruz bayramı).
Səmayi-Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səmayi–Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
İsmayıl Şəms
Ismayıl Şəms (1918–2008), ədəbiyyatşünas, tərcüməçi, şərqşünas == Həyatı == İsmayıl Qasım oğlu 1918-cı ildə Güney Azərbaycanın mərkəzi Təbrizdə anadan olmuşdur. Orta məktəbi Təbrizdə bitirdikdən sonra Tehran universitetinin hüquq fakültəsində oxumuşdur. Az sonra İran gömrük idarəsində rəis müavini postunda işləmişdir. Gömrükdə rüşvətxorluqla razılaşmayan Ismayıl Şəms orada işləməkdən imtina edir və Təbrizə qayıdır. 1940-cı il Hacı Əli Şəbüstəri, Maşınçı, Əxgər, Padiqan və başqa silahdaşları ilə birlikdə "Azərbaycan Cəmiyyətini" yaradır və cəmiyyətin orqanı "Azərbaycan" qəzetinin redaktoru olur. Cəmiyyətin fəaliyyətinin genişləndiyini görən Sovet Dövlətinin adamları ona və məsləkdaşlarına cəmiyyəti buraxıb Tudə partiyasına birləşməyi təklif edirlər. Bu təkliflə razılaşmayan İsmayıl Şəms ruslar tərəfindən Sovetlər Birliyinə sürgün edilir. Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı genişləndikdən sonra, o Güney Azərbaycana qayıdır və Azərbaycan Demokrat Firqəsinin yaranmasına yardımçı olur. Azərbaycan Milli Məclisinin millət vəkili və Pişəvərinin rəhbərliyi ilə yaranmış Azərbaycan Anayasa Komisyonunun üzvü olur. 1946-cı ildə Milli Dövlət yeniləndən sonra Sovetlər Birliyinə keçir.
Şəms Kəsmai
Şəms Kəsmai (1883, Yəzd – 1961, Tehran) — İran şairi. == Həyatı == Şəms Xəlil qızı Yəzddə anadan olmuşdu. Babası Hacı Məhəmmədsadiq Tiflislidir. Əcdadı Gilanın Sövməə-Səra şəhristanının Kəsma kəndindən idilər və Gürcüstana muhacirət etmişlər və sonra yenə İrana qayıdıblar. O, azərbaycan, fars və rus dillərini bilirdi. XX əsrin 50-ci illərinə qədər yazıb-raratmışdı. Şəms ilk qadındır ki, Təbrizdə azad və çarşabsız gəzmiş və buna görə cürbəcür təhqirlərlə üzləşmişdir. Təbrizdə çıxan "Təcəddüd" qəzeti ilə yaxından əməkdaşlıq edib, yazdıqları şeirlərlə müntəzəm çıxış edən Cəfər Xamneyi, Şəms xanım Kəsmai və başqaları idi. C.Xamneyi ali təhsilini Fransada, Şəms xanım isə Rusiyada almışdı. Sözsüz ki, onların təhsil aldığı ölkələrdəki ədəbi mühit bu iki istedadlı gəncin sonrakı yaradıcılığında dərin iz qoymuşdu.
Şəms Mustafayeva
Şəms (Şəmsiyyə) Mustafayeva — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınını rektorunun müşaviri və strateji inkişaf şöbəsinin müdiri Şəms Mustafayeva, “Hamımız üçün yaxşı dünya yaradan Qadın İkonası” mükafatına layiq görülən ilk azərbaycanlı. == Həyatı == Şəms Mustafayeva Mingəçevir şəhərində doğulub. == Təhsili == Ş. Mustafayeva orta məktəbi Mingəçevirdə bitirib. Azərbaycan Dillər Universitetinin ingilis-alman dili fakültəsinə daxil olmuşdur.Bu arada da magistr dərəcəsi almaq üçün Xarici Dillər Universitetinə qayıdıb. Tədris metodikası üzrə həm beynəlxalq sertifikat, həm də magistr dərəcəsinə malikdir.2008-ci ildə yenidən Amerikaya təhsil almağa yollanıb. Bu dəfə İREX təşkilatının Edmund S.Muskie proqramının mükafatçısı kimi. Üstəlik, Amerikanın idarəetmə üzrə bir nömrəli məktəbi Siraküzda Universitetində İdarəetmə və Beynəlxalq Əlaqələr üzrə iki magistr dərəcəsinə yiyələnib. == Əmək fəaliyyəti == Təhsilini bitirib Mingəçevirə qayıdıb və 4 il orada müəllimə işləyib. Karyerası da məhz buradan başlayıb. Müəllimə işləyərkən British Consulun təlimlərinə qatılıb, proqramlarında iştirak edib və müxtəlif beynəlxalq QHT-lərdə çalışıb.
Şəms Pəhləvi
Şəms Pəhləvi (fars. شمس پهلوی‎‎) - İranın Şahənşahı Məhəmməd Rza Pəhləvinin bacısı, Rza şah Pəhləvi övladı. Qardaşının hakimiyyəti illərində Qırmızı Aslan və Günəş Cəmiyyətinin prezidenti olmuşdur. == Həyatı == Şəms Pəhləvi 1917-ci ilin 28 oktyabr tarixində Tehran şəhərində Rza şah Pəhləvi və Tacülmülukün böyük qızları olaraq anadan olmuşdur. Şəms Pəhləvi atasının təziqi ilə İranın 1935-1939-cu illərdə baş nazir olmuş Mahmud Cəmin oğlu Firudin Cəmlə evləndirilmişdir.Rza şah Pəhləvinin ölümündən sonra məcburi evləndirilən Şəms Pəhləvi boşanmışdır. 1941-ci ildə İranda anqlo-sovet işğalının başlamasından sonra Rza şah Pəhləvi hakimiyyəti təhvil vermək məcburiyyətində qalmış və sürgünə yollanmışdır. Rza şah Pəhləvinin sürgündə olduğu Mavriki Respublikasının Port-Luiz və daha sonra gedəcəkləri CAR-ın Yohannesburq şəhərlərində Şəms atası ilə birlikdə olmuş və bu dövrdə İranda çap edilən günlük Ettela'at qəzetində öz xatirələrini çap etdirmişdir. Şəms Pəhləvi 1945-ci ildə ölkənin bir müddət Mədəniyyət Naziri olmuş Mehrdad Pahlbod adlı iranlı ilə evlənərək Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına köçmüşdür. Bu dövrdə ailənin Tehranla olan əlaqələri hələ də, qalmaqda idi və 1951-1954-cü illəri əhatə edən Abadan böhranından sonra Şəms Pəhləvi İranı yenidən tərk etmək məcburiyyətində qalmışdır. 1940-cı ildə Şəms Roma-Katolik kilsəsinin inancı olan katolikliyi qəbul edərək dinini dəyişdirlmişdir.
Şəms Təbrizi
Şeyx Şəms Təbrizi (d. 1185 – ö. 1248) — mənşəcə Azərbaycan türklərindən olan O, İranın ən sirli personajlarından biridir. == Həyatı == O, İranın ən sirli personajlarından biridir.Şəms Təbrizinin türbəsi.Məqalət-e Şəms-i ​​Təbrizi (Şəms-i ​​Təbrizinin söhbəti) Şəms tərəfindən yazılmış farsca nəsr kitabıdır.[11]Bütövlükdə, İslamın mistik şərhini daşıyır və ruhani tövsiyələri ehtiva edir:Fars dili haqqında dedi: və fars dili, necə oldu? O qədər zəriflik və xeyirxahlıqla ki, fars dilində olan məna və zəriflik ərəb dilində yoxdur.[12]Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır.Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili almışdır. Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını almışdır. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə seçilmişdir.
Şəms surəsi
91-ci surə
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Ayn Şəms Universiteti
Ayn Şəms Universiteti— Ayn Şəms Universiteti Misirin üçüncü ən qədim universitetidir. 1950-ci ilin iyulunda İbrahim Paşa adı altında əsası qoyulmuşdur. Misir universitetlərinin missiyasını həyata keçirmək və ali təhsilə artan tələbi ehtiva etmək üçün Qahirə (əvvəllər Birinci Faud) və İskəndəriyyə (əvvəllər Birinci Faruk) Universitetləri ilə əməkdaşlıq etmişdir. Ayn Şəms universiteti ən nüfuzlu Ərəb universitetlərindən biri hesab edilir. == Tarixi == 23 iyul 1952-ci il inqlabından sonra Misir universitetlərinin adlarının ölkə tarixi və əlamətdar günləri ilə əlaqədar olması təkilifi irəli sürüldü. 21 fevral 1954-cü ildə universitetin adı dəyişdirilərək, Heliopolis Universiteti adlandırıldı. Elə həmin il, universitetin adı indiki, yəni Ayn Şəms adı ilə əvəz edildi. Ayn Şəms “Heliopolis” və yaxud tarixin ən qədim universiteti olan “On” kəliməsinin Ərəb dilinə tərcüməsidir. “On” Universitetinin əsası təxminən 5000 il bundan öncə qoyulmuşdur. Çox məşhur universitet idi, xüsusilə, astronomiya, həndəsə və tibb elmlərində bilik və elm qalası hesab olunurdu.
Yəhya mirzə Şəms
Yəhya mirzə Əbdülhüseyn mirzə oğlu Şəms (1874-1951)—Qacar şahzadəsi, həkim. == Həyatı == Yəhya mirzə Əbdülhüseyn mirzə oğlu Şəms 1874-cü ildə Həmədan şəhərində doğulmuşdu. İbtidai təhsilini ailədə, orta təhsilini doğma şəhərində almışdı. Sonra Avropaya yollanmış, tibbi təhsil almış, həkim kimi vətənə dönmüşdü. Yəhya mirzə Şəms Lisanülhükəma ləqəbini daşıyırdı. Yəhya mirzə Şəms 1951-ci ildə Tehran şəhərində vəfat edib. == Ailəsi == Yəhya mirzənin Məhəmmədqulu mirzə adlı oğlu, Cahansultan xanım adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Şəms Qeys Razi
Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi (XII əsr, Rey – XIII əsr) — XIII əsr İran şairi. == Həyatı == Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi əvvəlcə Xarəzmşahlardan Əlaəddin Məhəmməd bin Tekişin dövründə, sonra isə onun oğlu Cəlaləddin Manqburnunun dövründə yaşayıb-yaratmışdır. Qeys ər-Razinin anadan olduğu il məlum deyildir, lakin Razi nisbəsi onun Tehranın yaxınlığındakı Rey şəhərindən olduğunu bildirir. Ümumiyyətlə orta əsr mənbələrində , məsələn, Hacı Xəlifənin "Kəşf əz-zünun" XIX əsrdə yaranmış Şəmsəddin Saminin "Qamusül-əlam" və digər əsərlərdə Şəms Qeys Razi haqqında demək olar ki, məlumata rast gəlmirik. Qeys Razinin həyat və yaradıcılığı haqqında biz yenə də ən çox məlumata onun "əl-Möcəm fi məayiri əşar əl-Əcəm" əsərinin dibaçəsində təsadüf edirik. Buradan məlum olur ki, Qeys Razi uzun müddət Mavərənnəhr və Xorasanda yaşamışdır. O, təqribən hicri-qəməri 601-ci il, miladi təqvimlə 1204-cü ildən sonra beş-altı il Buxarada, hicri- qəməri 614, miladi tarixlə 1217-ci ildə isə Mərvdə yaşamışdır. O, ümumiyyətlə Xarəzmşah Əlaəddin Məhəmməd bin Tekişin yaxın adamlarından olmuş, hətta 1217-ci ildə Xarəzmşah Bağdada yürüş edərkən Qeys Razi də onunla olmuşdur. Sonralar monqollar Xarəzmşahı təqib edərkən də Qeys Razi şahın dəstəsində olmuşdur. İraq yürüşünün uğurla nəticələnməməsindən sonra Şəms Qeys bir neçə il İraq və İraqi-Əcəm torpaqlarında yaşamışdır.
Şəms əl-maarif
Şəms əl-maarif və ya Şəms əl-Məarif və Lətaif əl-Avarif (ərəb. كتاب شمس المعارف ولطائف العوارف ‎) — XIII əsr aiddir. ruhları çağırmaq üçün sehrli prosedurların və sehrlərin təsviri özündə əks etdirən kitab. ( ərəb dilində Qrimuar), Misirin sufi şeyxi Əhməd əl-Buni (1225) tərəfindən tərtib edilmişdir. Şəms əl-maarif kitabı ümumiyyətlə ərəb və müsəlman dünyasında öz janrının ən təsirli dərsliyi kimi qəbul edili. == Məzmunu == Müasir formada kitab iki variantdan ibarətdir; Şəmsül-məarif əl-Kubra və Şəmsül-məarif əl-Suğra , birinci hissə daha böyükdür. İlk bir neçə fəsil oxucunu sehrli kvadratlar və əlifbanın rəqəm və hərf birləşmələri ilə tanış edir ki, bu da sehrli təsir göstərir və müəllifin fikrincə, cinlər , mələklər və ruhlarla ünsiyyət qurmağın yeganə yoludur. Sonrakı çap nəşrlərində çıxan məzmun cədvəli nömrələnməmiş qırx fəsildən ibarətdir ( fasl). Çap nəşrinin yaranmasına qədər hər birinin uzunluğuna görə fərqlənən üç siyahı mövcud idi. Kitab İslam dünyasında məşhur idi, lakin eyni zamanda İslam tarixinin çox hissəsi boyunca qadağan edildi.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır.Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎ - Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎ - Ərvənd çayı) — Dəclə və Fərat çaylarının Fars körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb (Ağdaş)
Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. === Tarixi abidələri === Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.
Ərəb (Laçın)
Ərəb — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin Bağırbəyli tayfasına mənsub ailələr Ərəbdüzü adlanan yerdə salmışlar. Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdü. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmışdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdı. Gələn ərəblərin əksəriyyəti İam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ərəb (Masallı)
Ərəb — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1106 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdür. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmişdir. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdır. Gələn ərəblərin əksəriyyəti Şam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.
Ərəb (Xaçmaz)
Ərəb — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati-ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 969 (2009) nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Ərəb kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Ərəb (dəqiqləşdirmə)
Ərəb (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Ərəb (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Ərəb (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Ərəb (Laçın)DigərƏrəblər — Asiyada millət.
Ərəb Baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Ərəb Bank
Ərəb Bankı – 1930-cu ildə yaradılmış, may ayının 21-də qeydiyyatdan keçmiş təşkilat. == Haqqında == Ərəb Bankı 1930-cu ildə Yerusəlimdə təsis edilib. Zamanla banklar şəbəkəsi ərəb ölkələrinin böyük hissəsini əhatə etmişdir. Bankın baş ofisi 1948-ci ildə İordaniyanın Amman şəhərinə köçürülmüşdür. Ərəb Bank 1962-ci ildə ərəb banklarının beynəlxalq maliyyə bazarında yayılmasının əsasını qoymuşdur. Hal-hazırda 7 şöbəsi, köməkçi bankları və filialları dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir. Bankın 40-dan çox ölkədə 350-dən çox şöbəsi fəaliyyət göstərir. Bank öz tərkibində 30 dövləti birləşdirir. Ərəb Bank Əmman birja fondunda qeydiyyatdan keçmiş ictimai səhmdar təşkilatdır. Bank Yaxın Şərqdə və Şimali Afrikada ən iri iqtisadi mühərrik rolunu oynayır.
...лите́йный геополи́тика кре́кинговый малёхонький ненорми́рованный открахма́ливаться отмобилизова́ть ради́ровать россия́нка стро́нциевый грязнова́то иждиве́нчество разуха́бисто ритми́чный суфи́стский шерстомо́йня ahoy Akkadian calutron hypercapnia isobaric nonatomic pulley-weights дармоедка уподобиться